Çoxunuzu maraqlandıran suallar

Niyə biz?
  • Müştəri məmnuniyyəti əsas qayəmizdir.

  • A-dan Z-ə ölkəmizin istənilən bölgəsinə poçtla çatdırılma.

  • Seçdiyiniz məhsulu “Sifariş Et” xidməti ilə əldə etmək imkanı.

  • Sifarişlə bağlı hərhansı problem yarandığı zaman operativ müdaxilə.

  • Ən sürətli çatdırılma və kuryer xidməti.

 

 
Necə sifariş edə bilərəm?

Cəmi 3 addımda seçdiyiniz məhsulu dünyanın müxtəlif ölkələrindən qapınıza gətirə bilərsiz:

Addım 1

Vadi.az saytında qeydiyyat formunu doldurun. Bu zaman xarici ünvan əldə edəcəksiniz;

Addım 2

Sifarişinizi seçin və məhsulun çatdırılacağı ünvan bölməsinə həmin ölkədəki ofis ünvanımızı qeyd edin. Ödəniş edərək sifarişi tamamlayın;

Addım 3

Sifarişinizi tamamladıqdan sonra bağlama xarici anbara təhvil verilir. Biz isə 3-7 iş günü ərzində bağlamanızı yerli anbara çatdırırıq.

Hansı ölkələrdən sifariş edə bilərəm?

Hazırda Türkiyə anbarımız fəaliyyətdədir. Yaxın zamanda ABŞ,BƏƏ, Çin və digər ölkələrdən də sifariş edə biləcəksiz

Bağlama sifariş etdiyim mağazadan anbara necə çatdırılır?

Sifariş etdiyiniz mağaza sifarişi təsdiqlədikdən sonra daxili karqo və ya poçt xidməti vasitəsi ilə sizin göstərdiyiniz ofis ünvanına müəyyən olunmuş iş günləri ərzində təhvil verir. Bağlamanı təhvil alan səlahiyyətli şəxs elektron imza ilə sifarişi qəbul edir və proses başa çatır.

Ölkədaxili karqo haqqında nələri bilməliyəm?

Sifarişi etdiyiniz ölkə bağlamanızı kuryer şirkəti vasitəsi ilə bizim həmin ölkədəki anbarımıza çatdırır. Bu zaman kuryer şirkətinin tələb etdiyi xidmət haqqı sifarişi verdiyiniz saytda görünür. Məhsulunuzun qiyməti yüksək olduğu zaman bəzi hallarda karqo haqqı alınmaya bilir.

 
Ünvan və iş saatlarımız

Ünvan: Bakı şəhəri. Yasamal rayonu, Salatın Əsgərova küçəsi 89,Nizami m/s yaxınlığında AZ 1009

İş saatları:

Zəng mərkəzi:

- Həftəiçi: 10:00 - 19:00

- Şənbə: 10:00 - 18:00

 

Anbar:

- Həftəiçi: 10:00 - 19:00

- Şənbə: 10:00 - 18:00

 

Müştəri Xidmətləri:

- Həftəiçi: 10:00-00:00

- Şənbə: 10:00-00:00

 

"Sifariş Et" xidməti:

- Həftəiçi: 10:00-19:00

- Şənbə: 10:00-18:00

Sifarişlərim neçə günə gələcək?

Xarici anbara çatdırılma müddəti sifariş etdiyiniz satıcı fimadan asılıdır. Satıcı firma 3-7 gün ərzində ( rəsmi bayram günləri və həftəsonları bu müddəti uzada bilər) məhsulu xarici anbarımıza təhvil verir. Bağlamanız xarici anbarımızdan yerli anbara 5-7 iş günü ərzində çatdırılır.

Seçdiyim mağazadan öz kartımla sifariş edə bilmirəm. Mənim əvəzimə sifarişi siz həyata keçirə bilirsiz?

"Sifariş Et" xidməti bunun üçündür.

Qeydiyyat prosesini uğurla başa çatdırdıqdan sonra açılan profil səhifəsindən “Sifariş Et” bölməsinə daxil olursuz.

Müvafiq xanaya almaq istədiyiniz məhsulların linklərini yerləşdirirsiz. Seçdiyiniz məhsulun qiyməti, sifarişi etdiyiniz ölkənin daxili karqo qiyməti və komisiyya haqqı hesablanaraq sizə yekun məbləğ göstərilir. Ödəniş edirsiz və biz sizin əvəzinizə alırıq.

Seçdiyim mağaza sifarişimi ləğv edə bilər mi?

Bəzən satıcı mağaza sifarişləri səbəb bildirərək və ya bildirmədən ləğv edir. Bu halda əgər səbəb göstərilibsə şirkətimiz sizə sifarişin ləğvi və səbəbi barədə məlumat verir. Satıcı mağaza səbəb göstərməyibsə sizə sadəcə sifarişin ləğv edildiyi barədə məlumat gəlir. Hər iki halda ödəniş geri qaytarılır.

Çatdırılma haqqı necə hesablanır?

Çatdılırma haqqı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq Fiziki və Həcmi çəki ilə hesablanır.

1 metrdən böyük bağlamanın çatdırılma haqqı həcmi çəkiyə əsasən hesablanır. Həcmi çəki= (hər biri sm olmaqla) Uzunluq x Hündürlük x En / 6000

Sifariş ləğv olunduğunda ödəniş kart hesabıma necə qaytarılır?

Sifarişiniz ləğv olunduğu zaman məbləğ  ilk öncə TL balansınıza geri qaytarılır. Məbləğin ödəniş etdiyiniz karta geri qaytarılmasını istəyirsinizsə, Müştəri xidmətlərinə müraciət edə bilərsiniz.

Kartla sifariş versəm əlavə nə qədər pul çıxılacaq?

Sifariş üçün vəsaitinizdən çıxılan tranzaksiya faiz məbləği müştərisi olduğunuz bank tərəfindən təyin olunur.

Bəyannamə haqqında nələri bilməliyəm?

Bəyannamə nədir ?

Bağlamanın bir ölkədən digərinə daşınması üçün tələb olunan sənəddir. Bağlamanın gömrük sisteminə daxil olması və problemsiz ölkəyə daxil ola bilməsi üçün bəyannamə yaratmaq şərtdir.

 

Bəyannamə yaratmaq üçün lazım olan məlumatlar:

Mağazanın adı- sifarişinizi etdiyiniz və bağlamanı göndərən mağazanın adı;

Məhsul kateqoriyası- məhsulunuzun növü (aksesuar, geyim, elektron avadanlıq və s.);

Miqdar- bağlamanın daxilindəki məhsul sayı;

Qiymət- bağlamanın ümumi qiyməti;

Faktura- sifariş mağaza tərəfindən təsdiqləndikdən sonra elektron poçt ünvanınıza göndərilən sənədin PDF və ya PNG formatı;

Mağazanın izləmə kodu- sifariş yola düşdükdə mağazanın sizə göndərdiyi “tracking number”

 

Qeyd: Bəyannamə sifariş edilmiş məhsul xarici anbara təhvil verilmədən öncə yazılmalıdır.

Kuryer sifarişi və ödəniş qaydaları necədir?

Kuryer xidməti ilə ofisimizə gəlmədən bağlamalarınızı qapıda təhvil ala bilərsiz.

Kuryer sifarişi etdikdən sonra maksimum 2 gün ərzində bağlamalarınız təyin etdiyiniz məkana çatdırılır.

Ödənişi həm nəğd, həm də balansınızı artırmaqla edə bilərsiz.

Bölgələrə çatdırılma var mı?

Ölkəmizin istənilən bölgəsinə Azərpoçt vasitəsilə çatdırılma xidməti mövcuddur. Bağlamanızı poçta təhvil verdikdən sonra rayondan asılı olaraq 1-5 iş günü ərzində rayon filialınıza çatdırılır.

Poçt sifarişi haqqında nələri bilməliyəm?
  • Poçtla sifariş bağlama yerli ofisimizə çatdıqdan sonra edilə bilər,
  • Daşıma haqqı və poçt ödənişləri qabaqcadan edilir,
  • Poçt tariflərini Azərpoçt şirkəti təyin edir,
  • Poçtla sifarişi şəxsi kabinetinizdən “Azərpoçt sifarişi” bölməsinə keçid edərək həyata keçirə bilərsiz.
Aldığım məhsulu geri qaytara bilərəm?

Hal-hazırda geri qaytarma(iadə) xidmətimiz yoxdur.

Sifariş istədiyim parametrlərdə olmasa problem necə həll olunacaq?

Əldə etdiyiniz məhsulun bütün parametrləri ( çəki, ölçü, rəng, keyfiyyət, tamlığı, forması) tamamilə satıcı firmanın məsuliyyətinə daxildir.

Sifarişim “anbara təslim edildi” göstərir, ancaq sistemdə əks olunmursa nə edə bilərəm?

Bəyannamə prosesi doğru şəkildə yerinə yetirildikdən sonra bağlamanın 2-3 iş günü ərzində xarici anbara təslim edildiyi göstərilir.

Bu müddət ərzində bağlamanız sistemdə əks olunmasa bizimlə kontakta keçərək bağlamanın təslim detallarını göndərirsiz.

Anbarın iş saatlarında təhvil verilən və səlahiyyətli şəxslərin imzası ilə alındığı təsdiq olunan bağlamalar tərəfimizdən araşdırılır və ən qısa zamanda problem həll olunur.

Ölkədaxili karqo haqqında nələri bilməliyəm?

Sifarişi etdiyiniz ölkə bağlamanızı kuryer şirkəti vasitəsi ilə bizim həmin ölkədəki anbarımıza çatdırır. Bu zaman kuryer şirkətinin tələb etdiyi xidmət haqqı sifarişi verdiyiniz saytda görünür. Məhsulunuzun qiyməti yüksək olduğu zaman bəzi hallarda karqo haqqı alınmaya bilir.

Gömrükdən keçə bilməyən sifarişə nə zaman Barkod verilir?

Dövlət Gömrük Komitəsi yoxlanış zamanı saxlanılan bağlamalara Barkod verdiyi vaxt bizə (daşıma şirkətinə) məlumat verir. Məlumat bizə çatdıqdan dərhal sonra sizə mail və ya telefon zəngi ilə Barkod haqqında xəbər veririk.

Bağlamam hansı hallarda gömrükdən keçməyə bilər?

Bağlamalarınız bir neçə halda gömrük əməkdaşları tərəfindən saxlanıla bilər:

  • Bağlamada qadağan olunmuş hərhansı məhsul olarsa;
  • Məhsulun kommersiya məqsədli olduğu ortaya çıxarsa;
  • Sifarişin ümumi dəyəri aylıq 300 dollar limitini aşarsa.
Bağlamam gömrük orqanları tərəfindən saxlanılarsa nə etməliyəm?

Bağlamanız gömrük orqanları tərəfindən saxlanıldıqda qaimə hazırlanır. İlk olaraq ofisimizə yaxınlaşaraq daşınma ödənişini etdikdən sonra həmin qaimə və barkodu təhvil alırsız. Bundan sonra Bakı Karqo Terminalına müvafiq ödənişi edib bağlamanızı geri alırsız.

300 dollar limiti haqqında nələri bilməliyəm?

Bildiyiniz kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən 300 dollar məbləğində gömrük limiti qərarı qüvvəyə mindi.

Bu qərara əsasən, fiziki şəxs ümumi dəyəri bir təqvim ayı üçün 300 USD dəyərində məhsul idxal edə bilər.

Məhsulun ümumi dəyəri 300 dollardan çox olduğu halda gömrük rüsumu ödənilir.

Limitə həm məhsulun öz qiyməti, həm də daşınma haqqı daxildir.

300 dollar limitini keçsəm bağlamamı götürmək üçün gömrüyə getmək lazımdır?

Bağlamalarınızı e.customs.gov.az saytında bəyan etdikdə və gömrük limitini aşdığınız halda vergi ödənişini vaxtında etdiyiniz zaman bağlamalarınız yerli ofisimizə göndərilir.

Başqa bir şəxs mənim əvəzimə bağlamamı təhvil ala bilir?

Əgər bağlamanızı sizin yerinizə başqa bir şəxsin təhvil almasını istəyirsizsə, həmin şəxsə etibarnamə verə bilərsiniz.

Saytımıza daxil olduqdan sonra şəxsi kabinetinizdən “Etibarnamələr” bölməsində etibarnamə vermək istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarını yerləşdirin.

Həmin şəxs öz vəsiqəsi və sizin müştəri kodunuzla ofisimizə yaxınlaşaraq bağlamanı təhvil ala bilər. Etibarnamə sayında limit yoxdur.

Bağlamanı təhvil almaq üçün hansı sənədlər tələb ediləcək?

Bağlamanızı təhvil almaq üçün tələb olunan yeganə sənəd şəxsiyyətinizi təsdiq edən hərhansı vəsiqənin (şəxsiyyət, tələbə və ya sürücülük) özü və ya sürətidir.

Bağlama yerli anbarda nə qədər qala bilər?

Bağlamalarınız yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN ödəniş hesablanacaq. 45 gün keçdikdən sonra təhvil alınmamış bağlamalarınız aktlaşdırılaraq hesabınızdan silinir və sifarişə görə ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır.

Bir neçə bağlama olduqda birləşdirə bilirsiz?

Bağlamalarınızın sayı sizin sifariş etdiyiniz mağazadan asılıdır. Vadi.az bağlamalarınızı satıcı mağaza təhvil verdiyi kimi alır.

 

Problemlə rastlaşsam nə qədər vaxta həll olunar?

Problemlə qarşılaşdığınız zaman bizimlə əlaqə saxladıqdan sonra 15 iş günü müddətində problem araşdırılaraq həll olunur.

Hansı məhsulların daşınması qadağandır?

Hava nəqliyyatı tərəfindən daşınması qadağan olunmuş bütün məhsullar;

Azərbaycan Respublikası ərazisinə idxalı qadağan olunmuş bütün məhsullar;

Narkotik və psixotrop maddələr, hazırlanması və istifadəsi üçün lazım olan alətlər;

Təhlükəli, tezalışan, partlayıcı və radioaktiv maddələr;

Hər cür silah, hərbi təyinatlı qurğu və alətlər, döyüş sursatları;

Canlı heyvan;

Batareyalar, amortizatorlar, powerbanklar;

Maşın yağı və mühərriklər;

Daha ətraflı məlumat üçün aşağıdakı linkə keçid edin.
https://customs.gov.az/az/ferdler-ucun/mallarin-gomrukden-kecirilmesi/ 
 

Sorğuma nə qədər vaxta cavab gələr?

Bizimlə:

  • Zəng Mərkəzimiz- (012) 310 14 40,
  • Facebook və Instagram səhifələrimiz,
  • Email - [email protected],
  • Canlı Çat
  • Saytımızın Əlaqə bölməsindəki müraciət formu vasitəsilə əlaqə saxlaya bilərsiz. Sorğularınıza bir neçə dəqiqə ərzində cavab verəcəyik.