Tayı-bərabəri görülməmiş 3.33 Kampaniyası

27.04.2021


İddialı səslənə bilər lakin təkliflərimizə nəzər yetirdikdə bizimlə razılaşacağınıza əminik. İlkin olaraq bunu qeyd edək ki, kampaniyamız 3 ay 3 həftə 3 gün davam edəcəkdir. 28.04.2021 tarixindən başlayacaq və 21.08.2021 tarixində bitəcəkdir. 3.33 Kampaniyası nədir və bu kampaniyaya nələr daxildir ? Gəlin bu sualları ətraflı şəkildə cavablayaq.

1 kq = 3.33 $

Kampaniya müddətində Türkiyədən daşınma tarifi həm adi, həm də maye məhsullar üçün 1 kq=3.33 $ tarifi üzərindən hesablanacaq.

Satın almaq istədiyiniz məhsulun ölçülərini saytda yerləşən kalkulyator bölümünə daxil edərək daşınma haqqınızı hesablaya bilərsiniz.

"Sifariş et" 0% komissiya

Əgər e-ticarət saytlarından və ya online mağazalardan problemsiz alış-veriş etmək istəyirsinizsə, seçdiyiniz məhsulun linkini bizə göndərin. 0% komissiya ilə "Sifariş et" xidmətindən yararlanın. Biz sizin üçün satın almanı həyata keçirək.Siz isə bağlamanızın “Bakı anbarındadır” statusuna keçməsini gözləyin. :)

Qrama-qram

Hər dəfə fərqli tariflərlə hesablama aparmağa ehtiyac yoxdur. Vadi sizi bu əziyyətdən qurtarır. İstər adi, istərsə də maye məhsulları 1 kq=3.33 $ tarifi üzərindən qrama-qram hesablanacaq.

Sizin xəyali bağlamanızın çəkisinin 80 qr olduğunu fərz edək. Daşınma haqqını bu üsulla hesablayırıq: 80*3.33/1000=0.27$(0.45 AZN). 80 qr əvəzinə uyğun çəkini yazıb öz bağlamanızın daşınma haqqını hesablaya bilərsiniz. Və ya ana səhifədə yerləşən "Kalkulyator" bölməsində bağlamanızın çəkisini daxil edərək daşınma haqqınızı hesablaya bilərsiniz.

Bakı daxili ödənişsiz çatdırılma 

Siz haradasızsa bağlamanızı ora gətiririk! Özüdə heç bir ödəniş tələb etmədən :) 3.33 Kampaniyası çərçivəsində növbəti 3 ay 3 həftə 3 gün Bakı daxili ödənişsiz kuryer çatdırılması edirik! 

Ödənişsiz olan ərazilərə daxildir:
Yasamal r., Nəsimi r., Bayıl qəs., 20-ci Sahə, Mikrorayonlar, Dərnəgül m/s, Nərimanov m/s, Gənclik m/s, Ayna Sultanova,Xətai m/s, Ağ şəhər, Yeni Yasamal, Binəqədi r.,Badamdar qəs., Biləcəri qəs.,Qara Qarayev m/s, Neftçilər m/s, Əhmədli m/s, Xalqlar dostluğu m/s, Həzi Aslanov m/s, NZS,8-ci km.

Sabunçu r., Suraxanı r., Xırdalan, Zabrat, Ramana, Şıxov, Bakıxanov ərazilərinə 3 azn, Saray qəs., Lökbatan, Günəşli, Zığ, Sumqayıt ərazilərinə çatdılırma 5 azn təşkil edir.  

3 ayda 3 iPhone 12 Pro hədiyyə

3.33 Kampaniyası çərçivəsində 3 ay ərzində hər ayın sonu 1 iPhone 12 Pro hədiyyə ! Yaz-yay sezonu alış-verişlərinizi bizimlə edərək yuxarıda qeyd olunan təkliflərdən yararlanırsız və əlavə olaraq iPhone 12 Pro qazanmaq şansı əldə edirsiz! Türkiyədən sifariş verdiyiniz hər 1 kq 1 iştirak haqqına bərabərdir.

Sifariş verilən bağlama(lar)ın ümumi çəkisi 1 kq-dan az və ya çox olduqda uyğun rəqəm yuvarlaqlaşdırılacaq. Gəlin aşağıdakı nümunəyə baxaq :

Fərz edək ki,

- Sizin ay ərzində sifariş etdiyiniz bağlama(lar)ın ümümi çəkisi 0,460 kq-dır. Bu zaman çəki yuvarlaqlaşdırılır və 0 kq kimi qəbul edilir. Bu zaman siz 0 iştirak haqqı əldə edirsiz.

- Sizin ay ərzində sifariş etdiyiniz bağlama(lar)ın ümümi çəkisi 0,990 kq-dır. Bu zaman çəki yuvarlaqlaşdırılır və 1 kq kimi qəbul edilir. Bu zaman siz 1 iştirak haqqı əldə edirsiz.

- Sizin ay ərzində sifariş etdiyiniz bağlama(lar)ın ümümi çəkisi 1,560 kq-dır. Bu zaman çəki yuvarlaqlaşdırılır və 2 kq kimi qəbul edilir. Bu zaman siz 2 iştirak haqqı əldə edirsiz.

Ay ərzində nə qədər çox sifariş etsəniz, iPhone 12 Pro qazanmaq şansınız o qədər çoxdur. Elə indi sifarişlərinizi verin, lotoreyaya qoşulun :) Xoş alış-verişlər!

 

Oxşar xəbərlər