Amerikadan Sifariş

06.04.2021

Vintajdan ən müasir dəbə, gündəlik geyimlərdən ofis geyimlərinə, Disney qəhrəmanlarının kostyumlarından qədim xalqların ənənəvi geyim növlərinə qədər və ağlınıza gələ və gəlməyə biləcək minlərlə məhsulu ABŞ e-ticarət platformalarından tapa bilərsiz.

 

İstənilən çeşiddə, tərz müxtəlifliyində, folklor elementlərdən ilhamlanmış dizaynlarda geyim, müasir elektronika, aksesuar və kosmetik vasitələri Amerika saytlarında asanlıqla sərfəli qiymətlərə tapmaq mümkündür. 

 

Dünyanın ən nəhəng Amerika online mağaza platformalarından Azərbaycana kargo xidmətimizdən istifadə edərək rahatlıqla alış-veriş edə bilərsiz.

Onlayn mağaza imperatorlarının cəmləndiyi Amerikadan sifariş üçün bilməli olduğunuz bilgiləri gözdən keçirək:

Amerikadan sifariş etmək sərfəlidirmi?

Bəli, olduqca sərfəlidir, çünki bir çox Amerika saytlarından sifariş edəcəyiniz məhsulun sadəcə özünə və çatdırılmasına görə ödəniş etdiyiniz halda, eyni məhsulu yerli mağazaların hər hansı birindən almaq 2-3 dəfə baha qiymətə (məhsulun maya qiyməti və gətirilmə xərclərinə əlavə olaraq, mağazanın öz qazancı və müxtəlif rüsumlar əlavə olunduğu üçün) başa gələcəkdir. 

Necə sifariş verə bilərəm?

 

Olduqca sadə! Okeanın digər sahilini qucaqlayan qitədən ölkəmizə sifariş etmək üçün:

 

  1. Saytımızdan qeydiyyatdan keçirsiz;

  2. Xarici saytlardan almaq istədiyiniz məhsulu tapırsız;

  3. Sifariş edərkən ünvan bölməsinə  kabinetinizdəki “xaricdəki ünvanlarım” bölməsində qeyd olunmuş ünvan məlumatlarını yazırsız;

  4. Sifarişinizi Vadi.az saytında bəyan edirsiz;

  5. Sifarişinizi Azərbaycanda bizdən təhvil alırsız.

 

Nə qədər gözləyəcəm?

 

Amerikadan çatdırılma müddəti məhsulu aldığınız saytlara görə dəyişə bilir. Sifarişinizi bəyan etdikdən sonra məhsulu aldığınız satıcı firma, adətən, 3-7  (həftəsonları və rəsmi bayramlarda müddət uzana bilir) iş günü ərzində bağlamanı xarici anbarımıza çatdırır. 

 

Bağlamalar xarici anbardan Azərbaycana 7 gündən gec olmayaraq gətirilir.

 

Nə qədər ödəməliyəm?

 

Amerikadan Azərbaycana kargo qiymətlərimiz 1 kq üçün 6 dollardır. Çəki aralıqlarına əsasən qiymət tarifləri dəyişir.

Amerikadan sifariş verə biləcəyim ən yaxşı saytlar hansılardır?

 

Amerikanın nəhəng alış-veriş saytları məşhur brendlərdən fərdi kolleksiyalara qədər müxtəlif növ məhsul çeşidlərini bir araya toplayır. Bir çox saytların adını isə, demək olar ki, hər gün eşidirik. 

 

Qeyd: Amerika saytlarında satılan, lakin hava nəqliyyatı tərəfindən idxalı qadağan olunmuş məhsulların daşınması həyata keçirilmir. Eyni zamanda, telefon sifarişi vermək istəyən müştərilərə təəssüflə bildiririk ki, telefon sifarişi kargo şirkətimiz tərəfindən qəbul olunmur.

 

3 nəhəng A-lardan başlayaq:

 

Amazon

 

A-dan Z-ə hər şeyin satıldığı və online alış-veriş imperatoru Amazon ilk vaxtlarda onlayn kitab satışı üzərində qurulsa da, hazırda dünyanın ən geniş çeşidli, xüsusilə, elektronika məhsullarının üstünlük təşkil etdiyi sayta çevrilib.

Müştəri məmnuniyyəti üzrə dünya lideri olan Amazondan seçdiyiniz məhsulu sifariş edirsiz və biz çatdırırıq. 

 

Asos

 

Britaniyada yaradılsa da, Amerika və Avropanın ən çox ziyarət olunan syatlarından biri ASOS, əsasən, gənclərə və gənc ruhlu olanlara uyğun geyim və aksesuarların satışını həyata keçirir.

196 ölkəyə 850-dən çox brendin məhsullarını daşıyan ASOS əyləncəli, rəngli və tərzi ilə fərqlənməyi sevənlərin məkanıdır.

 

Ali Express

 

Alibaba şirkətinin pərakəndə online alış-veriş platforması olan Ali Express 2010-cu ildən bəri dünya miqyasında məşhurluq və güvən qazanmış 3-cü A nəhəngidir.

Qiymətlər Amazon və ASOS-la müqayisədə daha ucuzdur.

 

eBay

 

eBay platforması birbaşa satıcının özündən ala biləcəyiniz məhsullarla zəngindir. Demək olar, hər kəs eBayda pulsuz satış hesabı aça və istənilən məhsulu orada satışa çıxara bilir. 

Sadəcə elektonika və geyimlə deyil, auksionları və müxtəlif kolleksiyaların satışı ilə də məşhur olan eBay-da seçdiyiniz məhsulu saytımızda bəyan edərək kargo xidmətimizdən yararlana bilərsiz.

 

Walmart

 

“Daha ucuz qiymətə daha çox satmaq” ideyasından yaranan və 50 ildir fəaliyyət göstərən Walmart hazırda dünyanın ən böyük alış-veriş mərkəzinə çevrilib.

Əsas məqsədi qənaət etməklə həyat standartlarını yaxşılaşdırmaq olan Wallmartdan alış-veriş edərək siz də pulunuza qənaət edə bilərsiz. 

 

shopDisney

 

Disney qəhrəmanlarının elementləri olan geyim, aksesuar, oyuncaq, kostyum və məişət əşyalarının satışını həyata keçirir. 


shopDisney saytından əyləncəli, rəngarəng və cizgi film qəhrəmanlarının printləri olan əşyaları sifariş edirsiz və biz qapınıza qədər gətiririk.

Oxşar xəbərlər