Türkiyədən Sifariş Haqqında Bunları Bilməlisiniz

20.03.2021

Yəqin ki, bir neçə il öncə Instagram-da qarşımıza çıxan geyim və aksesuarlar, məişət avandlıqlarına baxıb köks ötürdüyümüz vaxtları xatırlayırıq. O zamanlar bir kliklə sadəcə “Save” edə bildiyimiz o məhsulları indi artıq bir kliklə də birbaşa Türkiyədən sifariş edə bilirik. 

Sadəcə zövqlü və dəbli olması ilə deyil, keyfiyyəti ilə də ölkəmizdə minlərlə insanın sevimlisi və seçimi olan Zara, H&M, Mango, Koton və s. kimi məşhur brendlərin məhsullarını kargo xidmətimiz ilə Türkiyədən sifariş etmək olduqca asandır.

Vadi nece isleyirik

Instagram-da hər gün qarşınıza çıxan, geniş və müxtəlif çeşidli markaların məhsullarını online formada sifariş etmək istəyən hər kəsə Vadi.az kargo xidmətimizi təklif edirik!

Niyə online alış-veriş daha üstündür?

Üç səbəbdə “çünki”:

  1. Seçdiyiniz geyimdən məişət avadanlıqlarına qədər hər hansı məhsulu Türkiyədən sifariş etdiyiniz zaman ölkəmizlə müqayisədə pulunuza, adətən, iki qat qənaət etmiş olursuz.
  2. Eyni zamanda, tanınmış brendlərin istehsalı olan məhsulların keyfiyyəti olduqca yüksək olur.
  3. Online alış-veriş sizə dəyərli zamanınızı mağazaları bir-bir gəzməyə sərf etməkdən xilas edir.

Türkiyədən sifariş necə edilməlidir?

Sizə bəyəndiyiniz məhsulun kargo xidmətimiz vasitəsi ilə Türkiyədən birbaşa qapınıza sifarişinin iki asan üsulunu təqdim edirik:

  1. “Bunu mütləq almalıyam” dediyiniz məhsulun linkini “Sifariş Et” bölməsindən bizə göndərirsiz, ödənişi edirsiz və biz sizin əvəzinizə bütün prosedurları həyata keçiririk. Sizə isə sadəcə məhsulun gəlişini gözləmək qalır. 
  2. Özünüz sifariş etmək istəyirsizsə “Xarici ünvanlarım” bölməsindəki məlumatları alış-veriş etmək istədiyiniz saytlarda tələb olunan xanalara doldurun. Daha sonra yenidən Vadi.az saytına qayıdın və sifarişinizi bəyan edin.

Hansı brend və saytlardan sifariş edim?

Bugün tekstil və moda sahəsində Türkiyə keyfiyyəti, zövqü və geniş çeşidi ilə öz sözünü deyən ölkələrdən birinə çevrilib. Buna görə də, heç bir tərəddüd etmədən bizə sadəcə dil və mədəniyyətdə deyil, zövqdə də yaxın olan qardaş ölkəmizin rahatlıqla alış-veriş edə biləcəyimiz bir neçə sayt və brendindən danışaq:

Trendyol

İldə 300 milyon məhsulu 15 milyondan çox müştəriyə çatdıran Trendyol 2010-cu ildən fəaliyyət göstərən böyük bir e-ticarət platformasıdır. 

Trendyol platformasında Mango, Zara, Bershka, Nike, Adidas, LC Waikiki, Koton, Pierre Cardin kimi məşhur beynəlxalq və türk brendlərinin məhsullarını ən ucuz qiymətlərlə tapa bilərsiz.

Burada sadəcə geyim deyil, məişət avadanlığı, elektronika, kosmetika, gigyenik məhsullar və qida məhsullarının satışı da həyata keçirilir. 

Dolap

İkinci əl məhsul almaq artıq ekologiyaya və cibinə həssas olan hər kəsin normasıdır. Amerika, Almaniya və Fransa kimi bir çox inkişaf etmiş ölkələrdə ikinci əl geyim mağazalarına üz tutanların sayı hər gün artmaqdadır.

Dolap Trendyol e-mağaza platformasının ikinci əl məhsullarının satışa çıxarılan qoludur. Təbiəti və dəyərli pulunuzu qorumaq istəyirsizsə vaxt itirmədən linkə baş vurun və seçdiyiniz məhsulları sifariş edin.

İpekyol

Eleqant qadın geyim, ayaqqabı və aksesuarları axtarırsızsa, İpekyol brendinə mütləq göz atmalısız. İtaliya və Türkiyə moda zövqlərinin birləşdiyi və 40 ilə yaxındır moda sahəsində öz tərzini yaradan İpəkyol platformasından istədiyiniz məhsulu əllərinizə çatdırmaq isə bizlikdir. 

Hepsiburada

Geyimdən elektron cihazlara, kitablardan heyvan baxımı məhsullarına qədər istənilən çeşid məhsulları tapa biləcəyiniz və Türkiyənin ən böyük onlayn ticarət platformasıdır.

Hepsiburada sadəcə məhsul satışı deyil, həm də alıcılarla məhsulun yaradıcıları və biznesini qurmaq istəyən sahibkarları bir araya gətirir.

Mavi

Sadəcə Türkiyə deyil, həm də dünya brendi kimi tanınan və 50 ölkədə seçilən brend olan Mavi özlərinin də dediyi kimi “Jeansi bir həyat fəlsəfəsi olaraq mənimsəyir” və cins sevərlərin məkanına çevrilir.

Sadəcə keyfiyyətli, gözoxşayan cinsləri ilə deyil, istər heyvanlar, istərsə də ehtiyacı olan uşaqlar və təhsil almaq istəyən gənclər üçün keçirilən xeyriyyə kompaniyaları ilə insanlığa və təbiətə həssas olan Mavidən seçdiyiniz geyimi rahatlıqla sifariş edə bilərsiz.

DeFacto

Siyahımızda sonuncu, lakin yüzlərlə brenddən sadəcə biri olan DeFacto.

Dünyanın 50-dən çox ölkəsində müştərilərini sevindirən DeFacto Türkiyənin ən böyük ikinci şirkətidir. 

Ən ucuz və ən keyfiyyətli geyim, aksesuar, ayaqqabıların məkanı olan DeFactodan istənilən məhsulu qapınıza çatdırırıq.

 

Oxşar xəbərlər