Yasamal Təhvil Məntəqəmiz fəaliyyətə başladı

21.09.2022

 

Vadi.az Yasamalda. Türkiyədən birbaşa Yasamala Çatdırılma

İnşaatçılar metrosu yaxınlığında yerləşən yeni məntəqəmiz artıq xidmətinizdə.

 Türkiyədən birbaşa Yasamala Çatdırılma Yasmalda karqo

Vadi.az şirkəti çoxsaylı müraciətləri nəzərə alaraq Yasamal ərazisində yeni təhvil məntəqəsini müştərilərin istifadəsinə verdi ! Yeni Poçt ilə əməkdaşlığımız çərçivəsində artıq Yasamal ərazisində yaşayan müştərilərimiz Türkiyədən sifarişlərini vaxt itirmədən məntəqədən təhvil ala biləcəklər. Vadi ilə artıq bağlamalar Türkiyədən birbaşa Yasamala çatdırıla biləcək.


Vadi.az Yasamal məntəqəsinin ünvanı

 

Yasamal təhvil məntəqəmiz Abbas Mirzə Şərifzadə küçəsi 174də, İnşaatçılar metrosunun yaxınlığında yerləşir. Ünvanla aşağıdakı video ilə tanış ola bilərsiniz.



 

Vadi.az  Yasamal məntəqəsi çatdırılma şərtləri 

 

Yasamal ərazisindəki surətli çatdırılma xidmətindən istifadə etmək üçün aşağıda göstərilmiş təlimatları icra etməlisiniz : 

Əgər Vadi.az saytında daha öncə qeydiyyatdan keçmisinizsə:

  • Vadi hesabınıza daxil olursunuz

  • Menyu hissəsindən Filiallar və Məntəqələr bölməsinə kecid  edirsiniz

  • Müvafiq məntəqəni vəya Filialı seçirsiniz.

Nəzərinizə çatdıraq ki məntəqələrdə ödəmə sistemi onlayn şəkildə həyata keçirilir və kassa sistemi mövcud deyildir.Bağlamaların daşınma haqqı onlayn şəkildə ödənildikdən sonra yalnız məntəqəyə göndərilir. Həmçinin kuryer və poçt sifarişləri yanlız Nizami və Xalqlar-Əhmədli filialından həyata keçirilir.Bağlamaların çeşidlənmə mərhələsi bitdikdən sonra məntəqəyə göndərilir.

 Əgər sizin Vadi.az saytında qeydiyyatınız yoxdursa:

  • Ilk öncə qeydiyyatdan  keçirsiniz (Vadi.az Qeydiyyat)

  • növbəti mərhələdə müvafiq məntəqəni seçirsiniz.

Qeyd: Filial və məntəqə seçimini bağlamanız xarici anbara çatmadan öncə istədiyiniz vaxt yeniləyə bilərsiniz.


 

Yasamal məntəqəsinin üstünlükləri 

 

Digər filial və məntəqələrimizdən fərqli olaraq Türkiyədən Azərbaycana çatdırılmış bağlamalarınızı Yasamal ünvanından həftənin bütün günləri əldə edə biləcəksiniz. Belə ki məntəqə həftə içi 09:00-20:00,həftə sonu isə 10:00-20:00dək fəaliyyət göstərir.

Vadi.az Türkiyənin istənilən mağaza və butiklərindən bağlamalarınızı birbaşa Yasamal ərazisinə çatdıracaq !  Siz həmçinin sifarişləri birbaşa özünüz ala bilə və yaxud sığortalı sifariş et xidmətimizdən də yararlana bilərsiniz.Sığortalı sifariş haqqında ətraflı buradan məlumat ala bilərsiniz.  

 

Vadi.az Yasamal məntəqəsi əlaqə nömrəsi: +994 51 215 00 12

 

Oxşar xəbərlər