13 Martdan etibarən Bəyannamə yaratmağa ehtiyac olmayacaq !

10.03.2023

Hörmətli müştərilər,Siz istədiniz,Biz etdik! Artıq saytda bəyannamə yaratmağa ehtiyac yoxdur.

 

13 Mart tarixindən xarici anbara daxil olan bağlamaların üzərində düzəliş etməyə ( Yəni əvvəllər etdiyimiz Bəyannamə prosesi ) ehtiyac olmayacaq.

 

Dəyişikliyə əsasən,bütün bağlamaların Vadi.az saytında bəyanı aşağıdakı kimi olacaq : 

  • Xarici anbara daxil olan bağlamaların şəkli ( Bağlamanın paketi+izləmə nömrəsi ilə birlikdə ) saytda əks olunacaq.

  • Qiymət və kateqoriya bölməsi dəyişəcək.Belə ki,qiymət-0, kateqoriya isə-digər yazılacaq.

  • Siz Smart Customs proqramına daxil olaraq kateqoriya və qiyməti birbaşa ora özünüz daxil edəcəksiniz(Əvvəlki qaydada).

  • Gömrük portalına daxil etdiyiniz qiymət və kateqoriya Vadi.az hesabınızda da əks olunacaq.

Yeniliyə əsasən artıq bəyannamələr birbaşa Smart Customs proqramından yüklənəcək.Bəyannamə üçün hər hansı əlavə bir prosese ehtiyac olmayacaq.Hər kəsə xoş alış-verişlər arzulayırıq!

 Sevgi ilə,Sizin Vadi :) 

 

 

Oxşar xəbərlər