28 May məntəqəsi xidmətinizdədir!

14.07.2022

Vadi.az 28 Mayda! Siz istədiniz biz etdik! Xidmətlərimizdən rahat istifadə edə biləsiniz deyə sizə daha yaxın olmağa, məntəqə sayımızı çoxaltmağa davam edəcəyik.
Nəzərinizə çatdırmaq istəyirik ki, 28 may məntəqəsinə bağlamalar 24 saat ərzində transfer olunacaq. Məntəqədə kassa xidməti göstərilmədiyindən, yalnız online ödəniş etməklə bağlamanızı təhvil ala biləcəksiniz. Vadi.az hesabınıza daxil olaraq, "Filiallar" bölməsinə keçid edib müvafiq filialı və ya məntəqəni seçə bilərsiniz. Seçiminizi tamamladıqdan sonra xarici anbara daxil olan bağlamalarınız həmin məntəqəyə (filiala) göndəriləcəkdir. Məntəqə həftə içi 11:00-20:00 , şənbə günü 11:00-19:00 saat aralığında fəaliyyət göstərəcəkdir.

28 May məntəqəsinin ünvanını öyrənmək üçün linkə keçid edə bilərsiniz. https://youtu.be/jXNLw3LywTM

Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Oxşar xəbərlər