Amerikadan online vitamin və qida əlavəsi sifarişi. Iherb saytından sifariş qaydası izahı - 2024

12.03.2024

Amerikadan online  vitamin və qida əlavəsi sifarişi. Iherb saytından sifariş qaydası izahı - 2024

Amerikadan online  vitamin və qida əlavəsi sifarişi. Iherb saytından sifariş qaydası izahı - 2024

Amerikadan vitamin sifarişi. Amerikadan qida əlavəsi sifarişi. İherb saytından sifariş qaydası. 

 

Amerikadan sifariş dedikdə müştəriləri ən çox maraqlandıran mövzulardan birisi Amerikanın məşhur online mağazalarından sifarişin mümkün olub olmadığı və sifariş qaydasıdır. Bu yazımızda sizlərə Amerikadan vitamin və qida əlavəsi sifarişi üçün ən çox seçilən internet mağazası olan İherb saytından sifariş qaydasını izah edəcəyik. Sonda isə video izaha baxa bilərsiniz. 

 

Amerikadan vitamin sifarişi etmək mümkündürmü?

 

Tam əminliklə deyə bilərik ki, vadi.az vasitəsilə Amerikadan istənilən vitamin sifarişinizi rahatlıqla həyata keçirə bilərsiniz. Amerikda sifarişlərinizin çatdırılmasını isə Vadi.az-a əmanət edərək sağlamlığınınızın da qeydinə qalmış olacaqsınız çünki Vadi bütün prosesləri şəffaf və məsuliyyətli şəkildə həyata keçirməyi özünün əsas işləmə meyarı olaraq qəbul edib. Sifariş qaydası ilə tanış olmaq üçün blog yazısını sona qədər oxumağınız kifayətdir. 

Amerikanın hansı saytından vitamin və qida əlavələrini sifariş edə bilərik?

Bu sualın da cavabı təbii ki İherb-dir. iHerb 1700 məşhur brenddə 40 000-dən çox təbii məhsul satan ABŞ-da yerləşən pərakəndə satış şirkətidir.

Bu marka 1996-cı ildən vitaminlər və əlavələrdən tutmuş ərzaq məhsulları, gözəllik və özünə qulluq məhsulları ilə sağlamlıq və sağlamlıq sahəsində qlobal liderdir. Bu səbəblərdən İHERB hazırda bu kateqorya üzrə rəqib tanımır deyə bilərik. 

Amerikadan  sifariş. Iherb saytından sifariş qaydası izahı - 2024

Bəs Iherb-dən necə sifariş edə bilərik?

 

iHerb.com-dan sifariş qaydası

  • Ilk olaraq iherb.com veb saytına daxil olursunuz.

  • iHerb.com saytına daxil olduqdan sonra ölkə seçimini  "United States" olaraq yadda saxlamalısınız. 

  • Daha sonra məlumatlarınızı daxil edərək qeydiyyatdan keçməlisiniz. 

  • Qeydiyyat prosesini tamamladıqdan sonra adres məlumatlarınızı əlavə edə bilərsiniz. 

  • Bunun üçün vadi.az saytında şəxsi kabinetinizdə "ünvanlarım" bölməsindəki məlumatları olduğu kimi müvafiq xanalara əlavə edirsiniz. 

  • Bütün məlumatların düzgünlüyünü yoxladıqdan sonra adresi yadda saxlayaraq sifarişlərinizi asanlıqla icra edə bilərsiniz

 

Beləliklə artıq könül rahatlığı ilə Amerikanın online mağazalarından sifarişlərinizi həyata keçirə bilər və çatdırılmasını Vadi.az-a etibar edə bilərsiniz.

 

Oxşar xəbərlər