Həcm Çəkisi 1 metrə yüksəldildi

07.09.2022

Həcm Çəkisi 1 metrə yüksəldildi 

türkiyədən Sifariş  Vadii.az həcm çəkisi

Vadi.az-dan müştərilərə şad xəbər. Türkiyədən Sifariş zamanı həcm çəkisi 1 metr-ə qədər artırıldı

HƏCM ÇƏKİSİNDƏ DƏYİŞİKLİK ETDİK!????????

 

Bildiyimiz kimi hava nəqliyyatı vasitəsilə daşınan bütün yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:

1. Fiziki çəki

2. Həcm çəkisi

 

1 sentyabr 2022-ci ildən etibarən tərəfləri 60 sm yox,1 m-dən çox olan bağlamalar həcm çəkisi düsturu ilə hesablanacaq.

Türkiyə-dən sifariş zamanı bağlamaların çatdırılma haqqı necə hesablanır?

 

Türkiyədən sifariş zamanı müştəriləri ən çox düşündürən suallardan birisi bağlamaların çatdırılma haqqının neçə olacağıdır və hansı qayda ilə hesablanacağıdır. Əlbəttə məhsulların çəkisi təqribi məlum olsa da məhsulların ölçüləri yəni bağlamanın eni uzunluğu və hündürlüyü kimi məlumatlar hər zaman sifariş edilən zaman məlum olmaya bilir. Beynalxalq daşımaçılıq qaydalarına əsasən isə bağlamaların en uzunluq vəya hündürlük kimi parametrlərindən hər hansı biri 60 sm-dən çox olarsa məhsullar həcmsəl çəki ilə hesablanır. Bəs həcmsəl çəkinin hesablanması qaydası necədir? 

 

Həcmsəl çəki nədir

 

Həcmsəl çəki bağlamaların en uzunluq və hündürlük ölçüləri əsasında müəyyən edilir. Beynəlxalq daşınmalarda bağlamaların qeyd edilən parametrlərindən hər hansı birinin 60-sm dən çox olması həcmsəl çəki ilə hesablamağa səbəb olsa da Vadi müştəriləri üçün bu ölçü 1 metr olaraq müəyyən edilmişdir. Artıq sadəcə en uzunluq və hündürlük ölçülərindən hər hansı 1-i 1 metr-dən artıq olduqda bağlamalar fiziki çəki ilə deyil həcmsəl çəki ilə də hesablana bilir. Bağlamanızın ölçüsünün 1 metri keçdikdə necə hesablanacağı maraqlıdırsa aşağıdakı düstüra nərəz yetirə bilərsiniz.

 

Həcmsəl çəki aşağıdakı düstur əsasında hesablanır: 

en (sm) * uzunluq (sm) * hündürlük (sm) / 6000

 

Hansı məhsullar həcmsəl çəki ilə hesablanır

Yuxarıda da qeyd etdiyimiz kimi Türkiyədən sifarişlər zamanı böyük həcmə malik bağlamalar həcmsəl çəki ilə hesablana bilər. Həcmsəl çəki ilə hesablanan bağlamalar əsasən Karaca Emsan English Home kimi markalardan tez tez sifarişlər edilən yataq dəstləri mətbəx avadanlıqları və ev əşyaları kimi cehizlik məhsullar olmaqdadır. Əlbəttə məhsul kateqoryasından asılı olmayaraq bağlamaların en uzunluq və hündürlük paremetrləri 1 metr-i keçərsə bu zaman bağlamanız həcmsəl çəki ilə hesablaa bilər ancaq geyim və kosmetika kimi məshullar adətən kiçik həcmlərdə olduqlarından adətən fiziki çəki ilə hesablanırlar. 

Ancaq Vadi ilə artıq böyük həcmli məhsullarında daşınmasından narahat olmağa dəyməz çünki həcmsəl çəki yalnız ölçülərindən hər hansı biri 60-sm deyil 1 metri keçən məhsullar üçün hesablanır. Beləliklə Türkiyə-dən sifarişlər üçün könül rahatlığı ilə Vadi-ni seçə bilərsiniz. 

Baglamanın ölçülərini əvvəlcədən necə öyrənmək olar

Türkiyədən sifarişlər zamanı ən çox soruşulan suallardan birisi də bağlamaların çatdırılma haqqının əvvəlcədən necə bilə bilərikdir. Əlbəttə burada cavab sadədir. Daşınma şirkətləri tərəfindən bağlamaların çatdırılma haqqı yalnız bağlama anbara daxil olduqda müəyyən oluna bilər. Ancaq müştərilər Türkiyənin onlayn mağazalarının bəzilərində məhsul haqqında məlumatlar hissəsindən məhsulun çəkisini və ölçülərini öyrənə bilərlər. Əlbəttə bu çəkilər hər zaman birə-bir dəqiq olmur çünki qeyd edilən çəki məhsulların paketlənmədən əvvəlki çəkisini əks etdirir. Digər bir üsül isə sifariş zamanı satıcı mağazaya yazaraq bağlamaların çəkisini və ölçülərini öyrənə bilərsiniz ancaq bu üsülda hər zaman nəticə vermir. Burada müştərilərin qarşılaşdığı çətinlik isə satıcıların vəya satıcı mağazaların bütün məhsullar haqqında qeyd edilən məlumata sahib olmamalarıdır. Ancaq sifarişləriniz çatdırılma şirkətinin anbarına təhvil verildikdə və sistemə daxil edildikdə bağlamaların çəkisi qeyd edilir və müştərilər şəxsi kabinetlərindən bağalamaların çəkisini və daşınma haqqında məlumatı əldə edə bilirlər.

Türkiyədən Sifarişlərdə Vadi.az-ın Üstünlükləri

Türkiyədən sifarişlər zamanı sərfəli və etibarlı karqo axtarırsınızsa düzgün ünvandasınız. Vadi.az ilə daşınmalar olduqca sürətli şəkildə həyata keçirilir və olduqca münasib tariflərlə daşınma haqqı hesablanır. İlk olaraq onu qeyd edək ki Vadi.az Türkiyədən həftədə 6 dəfə Azərbaycana göndəriş təşkil edir. Beləliklə həftənin 6 günü sizin bağlamalarınızın göndərişi həyata keçirilir. Ancaq Vadi-nin tək üstünlüyü sürəti və sərfəliliyi olmağı deyil eyni zamanda müştəri xidmətləri komandamızın operativliyi və Bakı, Sumqayıt, Xırdalan və Masazırda toplam 7 ofisə malik olmaqla müştərilərinə daha da yaxın olmağa səy göstəririk.

 

Oxşar xəbərlər