Türkiyədən Azərbaycana Çatdırılma Tariflərimizlə Bağlı Yenilik

01.03.2022

Dəyərli müştərilər,
Son zamanlarda xidmət səviyyəmizin yüksəldilməsi üçün səylə çalışdığımızın fərqində olduğunuzu bilirik. ☺️

Xidmət səviyyəmizin yüksəldilməsi və sizlərə daha yaxşı xidmət göstərmək üçün tariflərimizdə dəyişiklik etdik. Artıq 1 mart 2022 tarixindən etibarən xarici anbara daxil olan bağlamalarınız üçün tarif 1 kq-3.66$ üzərindən hesablanacaqdır.

Qeyd etmək istərdik ki, qrama-qram kampaniyası davam edir. Lakin minimal daşınma xərci 0.80$ təşkil edəcəkdir.

2022-ci ilin cəmi 2 ayını geridə qoyduğumuza baxmayaraq Vadi bir çox işlər görüb. Bunlara nümunə olaraq aşağıdakıları göstərə bilərik.
- VADİ tətbiqinin istifadəyə verilməsi
- Xalqlar-Əhmədli filialının istifadəyə verilməsi
- Reys sayımız həftədə 4 dəfə olması
- Ailə Kuryer hesabı
- “Sifariş et” xidmətimizdən yararlanan müştərilərə ödənişsiz sığorta xidməti
- Xarici anbar xidmətləri(sığorta,paketləmə və iadə)

Bizi seçən və xidmətimizdən istifadə edən bütün müştərilərimizə təşəkkür edirik

 

Oxşar xəbərlər