Trendyol-dan Azərbaycana sifariş və çatdırılma

27.10.2021

Türkiyədən Azərbaycana sifariş və ya karqo dedikdə ağıllara ilk olaraq Trendyol.com gəlir. Azərbaycana sifariş edilən məhsulların demək olar böyük bir hissəsi sadəcə bu onlayn mağazadan həyata keçirilməkdədir. Bəs Trendyol-u insanlara bu qədər sevdirən nə oldu, Trendyol nə zaman yarandı, nə zaman böyüdü, Trendyol-dan Azərbaycana sifariş qaydası necədir? Bu sualların cavabını tapmaq üçün yazımızı sona qədər oxumağınızı məsləhət görürük.

Trendyol nədir?

    Trendyol.com tərkibində yüzlərlə mağaza,minlərlə məhsul çeşidi olan, baş ofisi İstanbulda yerləşən Türkiyənin ən böyük elektron ticarət platformasıdır. Hazırda isə Trendyol eyni zamanda Türkiyənin ən dəyərli şirkətidir.Trendyol Türkiyədə ilk dəfə “Decacorn” statusu almış şirkətdir. “Decacorn” dəyəri 10 milyardı keçən şirkətləri vurğulamaq üçün istifadə edilən bir termindir. Son illərdə adından olduqca çox bəhs edilən bu marka qazandığı böyük uğurla da bu sahədə fəaliyyət göstərmək istəyənlər üçün xüsusi motivasiya yaratmaqdadır. Trendyol-un əsası 2010-cü ildə Demet Mutlu tərəfindən qoyulmuşdur. Daha sonra isə xarici investorlar tərəfinfən böyük investisyalar almışdır. Ən böyük investoru isə Alibaba Grup-dur. Alibaba Grup hazırda Trendyol-un 85% hissəsinə sahib olmaqdadır. Trendyol zamanla öz fəaliyyətini genişləndirərək marketplace (bazar yeri) halına gəlmişdir. Trendyol.com hazırda moda, elektronika, ev dekorasyası və mebel, qida, uşaq məhsulları, kosmetika kimi bir çox kateqoriyada müştərilərinə hər il 300 milyondan çox məhsul təqdim etməkdədir. Trendyol hazırda ikinci əl məhsulların satışı olan Dolap, kuryer xidməti göstərən Trendyol express və araşdırma mərkəzi olan Trendyol Tech ilə birlikdə fəaliyyət göstərməkdədir. 

Trendyol Elite Proqramı

Hazırda Trendyol-un Türkiyədə və eyni zamanda ölkəmizdə çoxlu sayıda istifadəçisi mövcuddur. Trendyol-dan Azərbaycana sifarişlər isə günü gündən artmaqdadır. Trendyoldan Azərbaycana sifarişlərin böyük bir faizini isə geyim məhsulları və ev əşyaları təşkil etməkdədir. Trendyol.com saytının ölkəmizdə bu qədər sevilməsinin əsas səbəbləri isə aşağıdakılardır:

  • İstifadənin rahatlığı 

  • Sərfəli qiymətlər

  • Tanınmış markalar və çeşid çoxluğu

  • Endirimlər və kampaniyalar

  • Müştəri məmnuniyyəti

  • Operativlik

Trendyol-un Türkiyədə və ölkəmizdə bu qədər məşhur olmasında əsas səbəblər sezon sonlarında və xüsusi günlərdə təşkil edilən böyük endirimlərdir. Black Friday zamanı həyata keçirilən 70-80-90 faizlik endirimlər və eyni zamanda Trendyol-un dili ilə desək  “Möhtəşəm Sezon Endirimləri” bu platformanı daima aktiv saxlamağa kömək etməkdədir. Eyni zamanda Trendyol-da müxtəlif funksionallıqlar və məmnuniyyət proqramları da həyata keçirilməkdədir. Bunlardan ən diqqət çəkəni isə Trendyol Elite Proqramıdır.

Trendyol Elite əsas üstünlükləri

  • Trendyol Cüzdan ilə həyata keçirilən ödənişlərdə 2% cahback qazanma şansı

  • 50TL və daha artıq sifarişlərdə Türkiyə daxili karqo pulsuz

  • Trendyol Milla və Trendyol Man markalarından sifarişlərdə hər ikinci məhsulda 20% endirim əld etmək şansı

  • Müştəri xidmətlərinə daha tez qoşulma şansı

Trendyol Elite proqramının üstünlükləri hər kəsdə “Elite” üzv olmağa həvəs yaradır ancaq bu elədə asan bir iş deyil. Bu statusu almaq üçün də edilməli olan bəzi şeylər var. İndi isə bunlara nəzər yetirək.

Trendyol Elite Statusu almaq üçün lazım olanlar:

  • Son 3 ay ərzində 4000Tl-lik alış həyata keçirmək

  • Bu müddət ərzində 40 fərqli məhsul almalısınız

  • Trendyol Cüzdanı ən az 1 dəfə istifadə etməlisiniz

  • Ən az bir paylaşılmış rəyiniz olmalıdır

Trendyol-dan Azərbaycana Sifariş

Vadi.az ilə Trendyol-dan Azərbaycana sifariş olduqca rahat və sərfəlidir. Trendyol-dan Azərbaycana sifarişin 2 qaydası mövcuddur. Bunlar “öz kartınızla” sifariş və sifariş et xidməti ilə sifarişdir. 

Trendyol-dan “Öz kartınızla” sifariş qaydası

    Trendyol-dan Azərbaycana öz kartınızla sifariş zamanı ilk olaraq Vadi.az saytında qeydiyyatdan keçirsiniz. Daha sonra trendyol.com saytında almaq istədiyiniz məhsulları seçib , səbətə əlavə edirsiniz və daha sonra “siparişi tamamlaya” klik edirsiniz. Bu mərhələdən sonra Trendyol sizdən Sifarişlərin çatdırılacağı ünvan və ödəmə məlumatları tələb edəcəkdir. Ödəmə məlumatlarına öz kart məlumatlarını daxil edirsiniz. Bu zaman ödəniş etdiyiniz kartda “3D Secury” funksiyasının aktiv olduğundan əmin olmalısınız.Əgər kartınızda “3D Secury” funksiyası açıq deyilsə ödəniş etmək mümkün olmayacaqdır. Bu çətinliyi kartınızın aid olduğu banka müraciət etməklə aradan qaldıra bilərsiniz. Ödəmə məlumatllarını daxil etdikdən sonra “Teslim edilecek adres” yəni çatdırılma ünvanını qeyd edirsiniz. Bu zaman Vadi.az hesabınızda ünvanlarım bölməsindəki ünvanı kopyalayıb uyğun xanalara yazarsınız. Bütün məlumatları düzgün şəkildə qeyd etdiyinizə əmin olduqdan sonra sifarişinizi tamamlayırsınız. 

 

Trendyol-dan “Sifariş et” xidməti ilə sifariş qaydası

    Trendyol-dan “Sifariş et” xidməti ilə sifariş üçün ilk olaraq Vadi.az-a daxil olursunuz və sifariş et düyməsinə klik edirsiniz. Açılan səhifədə yerləşən xanalara almaq istədiyiniz məhsulların linkini və məhsulla bağlı məlumatları daxil edirsiniz. Bu zaman məhsulun ödənişini Vadi.az hesabınızdaki sifariş balansınıza ödəyirsiniz və sifarişi tamamlayırsınız. 

 

Oxşar xəbərlər