Türkiyədən ətir sifarişi və düzgün ətir seçimi

27.10.2021

Türkiyədən ətir sifariş etmək üçün hələ də tərəddüd edirsiniz? Hansı saytlardan sifariş edəcəyinizi bilmirsiniz? Onlayn ətir alarkən zövqünüzə uyğun olanı seçməkdə çətinlik çəkirsiniz? Bu yaz;da bu suallarınıza cavab tapacaqsınız.

Türkiyədən ətir sifarişi | ətir secimi | ətir sifarisi | ətir endirim | kosmetika sifarisi | turkiyeden ətir almaq | trendyoldan ətir secmek | turkiyeden ətir sifarisi | zovqlu ətir | xos qoxulu ətir | turkiyeden keyfiyyetli ətir | ətir sifarisi kargo | turkiyeden sifaris

Ətir seçərkən nələrə diqqət etmək lazımdır?

Hər bir ətir və ya odekolon fərqli "tonlardan" ibarətdir. Bu tonlar ümumi qoxunu təyin etməkdə əsas göstəricilərdir. Bu toonlar baza, üst və ya baş və orta və ya ürək tonu adlanan üç fərqli təbəqədən ibarətdir və hər biri müəyyən bir ətir yaratmaq üçün bir sinergiya ilə işləyirlər. Məsələn, bəzi ətirlər çiçək tonları hesab edilir və gül, qardeniya və ya sardunya kimi fərqli qoxuları özlərində ehtiva edirlər Digərləri sitrus və ya alma alt tonları ilə bir az daha meyvə ətrində ola bilər. Eqzotik ətirlərdə ananas və hətta darçın kimi ədviyyatlı tonlara sahib olanlar da var. Kişi ətirlərində də müxtəlif tonlar vardır. Musk qoxularının daha ağır, daha kişi təbiətli bir alt tona sahibdir, digərlərində isə dəri əsaslı tonlar kimi qoxular ola bilər. Hansı növ odekolon və ya ətir seçdiyinizi müəyyən etmək və almaq qərarı verməzdən əvvəl tərkibində hansı əsas tonların olduğunu görmək həmişə yaxşı bir fikirdir. Hansının zövqünüzə uyğun olduğunu daha yaxşı başa düşmək üçün odekolon və ətir istehsalında istifadə olunan fərqli tonlar haqqında daha çox məlumat əldə edə bilərsiniz.



Qoxuların əsas müəyyən edicisi Konsentratlar

Ətirlər dörd fərqli konsentratlardan ibarət olur. Konsentratlar artdıqca qiymət də ətirlərin qiymətləri də yüksəlir demək olar. Tipik olaraq, yüksək konsentrasiyaya sahib odekolon və ətirlər daha güclü bir qoxuya malikdir və daha uzun müddət ətirin qalıcılığı mühafizə edilir. Yüksək konsetratlara sahib ətirlər bahalı ola bilərlər, amma bəziləri istehlakçılar yüksək qiymətin buna dəyər olduğunu düşünürlər.

Ən yüksək konsentrasiyaya sahib qoxulara ətir yəni “parfum” deyilir. Bu konsentratlara sahib ətirlər ümumiyyətlə biləklərə və ya nəbz nöqtələrinə yalnız bir tətbiq ilə bütün gün davam edəcək qoxu bəxş etməkdədir. Daha sonraki konsentratlara sahib qoxular, tətbiq edildikdən sonra təxminən altı saat davam edə bilən “eau de parfum”-dur. Üçüncü səviyyə qoxular “eau de toilette” adlanır və adətən olduqca əlverişli qiymətlərlə və pərakəndə satış mağazalarında asan tapılan olurlar. Qoxunun qalıcılığının davam etməsi üçün ümumiyyətlə gün ərzində bir dəfədən çox tətbiq tələb olunur. Dördüncü və ən aşağı qoxu konsentrasiyası cəmi iki saat davam edən odekolonlardır.

Türkiyənin onlayn ətir mağazaları

Kosmetika və ətir Türkiyədən ən çox sifariş edilən məhsullardandır. Türkiyədə kosmetika sənayesinin geniş inkişafı və bir çox məşhur markanın Türkiyədə həm fiziki mağazalarla həm də onlayn mağazalarla müştərilərə xidmət göstərməsi Azərbaycan ətir və kosmetika alışı üçün istehlakçıları Türkiyə bazarına yönəltmişdir. Hazırda Türkiyədə bir çox onlayn mağaza da həmçinin ətir və kosmetik məhsulların satışı həyata keçirilməkdədir. Türkiyədən ətir sifarişi üçün aşağıdakı onlayn mağazaları istifadə edə bilərsiniz:

  • HepsiBurada

  • Trendyol

  • Sephora

  • Gratis 

  • Watson

  • Boyner 

  • Beymen

  • Parfumaniya.com

 


Türkiyədən Ətir sifarişi qaydası

    Türkiyədən öz istəklərinizə uyğun ətiri tapdınız və yalnız sifariş mərhələsi qaldı? Elədirsə bu hissəyə xüsusi diqqət etməlisiniz. Türkiyədən sifarişin Vadi.az vasitəsiylə 2 üsulü mövcuddur. Bunlardan ilki öz bank kartınızla sifariş qaydası digəri isə “Sifariş et” xidməti ilə sifariş qaydasıdır. 

    Öz kartınızla Türkiyədən ətir sifarişi qaydası

Bunun üçün ilk olaraq Vadi.az saytında qeydiyyatdan keçirsiniz. Daha sonra alış-veriş həyata keçirmək istədiyiniz onlayn mağazada qeydiyyatdan keçirsiniz. Satın almaq istədiyiniz məhsulları seçib səbətinizə əlavə etdikdən sonra sıra gəlir sifarişinizi tamamlamağa. Bu mərhələdə ilk olaraq sifarişlərinizin çatdırılacağı ünvanı seçirsiniz. Bunun üçün Vadi.az saytındaki hesabınıza daxil olub Türkiyə ünvanını kopyalayıb müvafiq xanalara əlavə edirsiniz. Qeyd edək ki, bu ünvan hər bir şəxsə unikal olaraq müəyyən olunmuşdur və daxilində müştəri kodu yer almaqdadır. Bu səbəbdən qeyd edilən ünvan məlumatlarını olduğu kimi qeyd etməyiniz tələb olunur. Ən son olaraq isə ödəmə addıma keçirsiniz və bank kartı məlumatlarınızı müvafiq xanalara daxil edirsiniz və sifarişinizi tamamlayırsınız. Qeyd edək ki, onlayn sifarişlər zamanı ödəniş edəcəyiniz kartın 3D Secury funksiyasının açıq olması lazımdır.

    Türkiyədən “Sifariş Et” xidməti ilə sifariş qaydası

“Sifariş Et” xidməti ilə sifariş üçün sadəcə Vadi.az saytında qeydiyyatdan keçməyiniz və almaq istədiyiniz məhsulun linkini “Sifariş et” bölməsinə yerləşdirməyiniz kifayətdir.Daha sonra isə sifariş balansınızı artıraraq sifarişinizi tamamlaya bilərsiniz. Beləliklə də Türkiyədən çox rahat və sürətli şəkildə istənilən məhsulları əldə edə bilərsiniz.

 

Oxşar xəbərlər