Türkiyədən Kosmetika Sifarişi

27.10.2021
  • Türkiyədən kosmetika sifarişi

  • Ən çox istifadə edilən kosmetik məhsullar

  • Kosmetika sifarişi zamanı diqqət edilməli olan nüanslar

  • Kosmetika mağazaları

  • Sifariş qaydası



 

Türkiyədən kosmetika sifarişi

    El arasında belə bir deyim var, baxımsız insan yoxdur sadəcə gratis-də endirimlər başlamayıb. Əgər siz də baxımlı olmaq və gözəlliyinizə gözəllik qatmaq istəyirsinizsə bu blogumuzu sona qədər oxumağınızı tövsiyyə edirik. Bu blogumuzda sizlərə Türkiyədən kosmetika sifarişi edərkən diqqət etməli olduğunuz nüanslar barədə qeydlərimiz olacaq. 

    Ölkəmizdə bir çox istehlakçı kosmetik məhsullar alarkən Türkiyənin onlayn mağazalarına üz tuta bilirlər. Burada isə əsas əsas səbəb Türkiyədə bir çox məşhur yerli və xarici markanın olmasıdır. Eyni zamanda Türkiyədəki kosmetika qiymətləri də fiziki mağazalardakından daha sərfəli olduğundan istehlakçılar online sifarişə üstünlük verirlər. Bəs ən çox hansı kosmetik vasitələr istifadə edilir bilirsiniz? Əgər bu sualın cavabı sizə maraqladırsa blogumuzu oxumağa davam etməlsiniz.

Ən çox istifadə edilən kosmetik məhsullar

 

    Dünyanın sayılıb seçilən moda jurnallarından olan xüsusilə də qadınların yaxından tanıdıqları Bazaar qadınların ən çox istifadə etdikləri gözəllik məhsullarını paylaşdı. Biz də sizlər üçün qeyd edilən siyahıda olan və çox diqqət çəkən məhsulların bəzilərini paylaşırıq.

  1.  Mac Velvet Teddy Dodaq boyası

Hər hansısa bir moda vəya şəxsi baxım editorundan klassik bir dodaq boyasının adını çəkməsini xahiş etsəniz sizə ilk olaraq  Mac -in Velvet Teddy dodaq boyasından-dan bəhs edəcəkdir, buna görə də  bu boyanın dünyanın ən populyar kosmetikası elan edilməsi heç də təəccüblü deyil. Bu dodaq boyası, İngiltərə, Avstraliya və Çin də daxil olmaqla, illik 266 min qlobal axtarış edilməklə 46 ölkədə bu sahədə birinci olmuşdur.

  1. Benefit They're Real Lengthening Tuş

Benefit, qaşlar və kirpiklər haqqında hər kəsdən çox şey bilir və ən çox axtarılanlar sırasında ikinci yerədə olması da bunu sübut edir.

 

Formula, kirpiklərinizi yığılmadan, qaldırmağa və uzatmağa qadirdir, yəni ən yuxulu gözlülər daha oyaq görünə bilər. Bütün dünyada məşhur olan bu məhsul eyni zamanda 21 ölkədə ən çox axtarılan məhsul olmuşdur.

  1. Anastasia Beverly Hills Dipbrow Qaş Teni

Anastasia Beverly Hills -in qaş teninin məşhurluğu sosial mediada böyüdü və bütün dünyaya yayıldı.Beləliklə nə qədər gözəllik sevən varsa bu məhsulla qaşları əbədi olaraq qarala bilər. 

Bucaqlı fırça istifadə edərək həssaslıqla tətbiq olunmaq üçün hazırlanmış klassik Dipbrow Pomade, 20 ölkədə ən çox axtarılan məhsul olaraq dünya sıralamasına üçüncü sıradan daxil olur.

  1. Laura Mercier Translucent Loose Setting Pudrası

Ən çox axtarılan kosmetikalar arasında Laura Mercier-in pudrası növbəti yeri tutmaqdadır. Laura Mercierin bu pudrası dərinizə ağırlıq yaratmadan mükəmməl dəri səthi görünüşünə sahib olmağınıza şərait yaradacaqdır. 

  1. Mac Cork Dodaq Qələmi

Bu il ən populyar on gözəllik məhsulu arasında daxil olan ikinci Mac məhsulu olan Mac Dodaq qələmi Cork, dodaqlarınızı bir neçə toxunuşla tanıya və gözəlləşdirə bilər.

 

Qumral dəri tonları üçün xüsusi bir rəng olaraq gözəl görünüş yaradan Cork dəri rənginin qızıl qəhvəyi tonlara bürünməsinə imkan yaratmaqdadır. Daha açıql dərilər üçün, 90 -cı illərin keçmiş tendensiyası olan qəhvəyi dodaq boyasının yenidən canlanmasını qəbul etmək üçün mükəmməl mükəmməl bir səbəbimiz var artıq.

 

Kosmetika sifarişi zamanı diqqət edilməli olan nüanslar

    Kosmetika seçimi olduqca əhəmiyyətli bir prosesdir çünki keyfiyyətsiz kosmetikaların seçimi və istifadəsi sizlər üçün böyük problemlər yarada bilər. Bunların arasında infeksiyonlar, dəri xəstəlikləri və allergiya kimi ciddi fəsadları da daxil edə bilərik. Bu kimi hallardan uzaq olmaq w,wn kosmetika seçərkən bu nüanslara diqqət etməlisiniz:

  1. Məhsulun tərkibi

Kosmetika sifari.i zamanı məhsulun tərkibindəki kimyəvi birləşmələrə qarşı diqqətli olmaq lazımdır. Natrium lauril sulfat, natrium lauret sulfat, propilen glikol, dietanolamin, kokamid DEA, lauramid DEA, flüor, alfa hidroksi turşusu, alüminium, butan, dioksin, florokarbonlar, formaldehid, qliserin, kaolin, lanolin, mineral yağ, petrolatum, propan, talk Xlorlu birləşmələr, PEG kimi çox kimyəvi birləşmələr olan kimyəvi məhsullar almaqdan çəkinin. Unatmaq lazım deyil ki, satıcılar məhsul tərkibindəki kimyəvi birləşmələri qeyd etməyə məcburdurlar.

  1. Rəf müddəti

Rəf müddətini tamamlayan kosmetik məhsullar zəhərli təsirə malik olur və yüksək kanserogen təsir göstərir. Belə məhsullar həm də bir çox allergik təsirə malikdir. Bu məhsulları alarkən yüksək satış dövrü olan yerləri seçin.Onları raf ömrünə uyğun olaraq işıq və nəmdən uzaq tutmaq son dərəcə vacibdir.

  1. Mümkünsə orqanik kosmetikaya üstünlük verin

Sertifikatı olan bitki mənşəli məhsullardan əldə edilən və insan sağlamlığına və ətraf mühitə zərərsiz  məhsullardan istifadə etməyə diqqət edək. Çoxlu xammal ehtiva edən məhsullar əvəzinə, daha az xammal və sintetik tərkibli məhsullara üstünlük verməliyik. Kosmetika seçərkən orqanik məhsullardan olmasına diqqət etmək sağlamlıq cəhətdən olduqca vacibdir.

  1. Müəyyən məhsulların istifadəsini tez-tez dəyişməyin

Daha əvvəl istifadə etdiyiniz və sınaqdan keçirdiyiniz, dəriniz üçün yaxşı olan allergik şərtləri ehtiva etməyən, təhlükəsizliyinizə əmin olduğunuz və yan təsirləri olmayan məhsulları dəyişdirməyin və eyni markaları istifadə etməyi üstün tutun.

  1. Risk qrupundasınızsa, daha diqqətli seçim edin.

Hamilə qadınlar, ana südü ilə qidalanan uşağa sahib olanlar, allergik xəstəlikləri olanlar və xüsusilə dəri xəstəliyi olanlar kosmetik məhsulu seçərkən çox diqqətli olmalıdırlar və yuxarıda qeyd edilən bütün tələblərə əməl etməlidirlər.

 

Türkiyənin online kosmetika mağazaları

Qeyd etdiyimiz kimi Türkiyədən ən çox sifariş edilən məhsulların arasında kosmetik məhsullar da ilk sıralarda yer almaqdadır. Dünya üzrə ən çox sifariş edilən məhsulları və kosmetika sifarişi zamanı diqqət edilməli olan nüansları bildiyimizə görə  hansı Türk online mağazalarından keyfiyyətli kosmetik məhsullar sifariş edə bilərsiniz onlara nəzər yetirək.

  1. Sephora

1969 -cu ildə Fransada Dominique Mandonnaud tərəfindən qurulan Sephora qısa müddətdə "Gözəlliyin Nəbzi" olaraq ön plana çıxmağa başladı. Özünə xidmət məntiqindən ilhamlanan Mandonnaud, gözəllik sənayesinin ən təəccüblü xüsusiyyətlərini vurğulayaraq gözəllik məhsullarını hər kəs üçün əlçatan etmək üçün üstün bir konsepsiya hazırladı. 

250 marka və 16 min məhsul çeşidi olan unikal bir çeşidə sahib olan Sephora, istehlakçılarına toxunmaq, hiss etmək və sınamaq azad olduğu mağazalarında həm lüks, həm də əlçatan markalara çatma imkanı təqdim edir. Sephora Collection markası ilə hər zaman qabaqcıl məhsul çeşidi təqdim edən Sephora, kosmetika həvəskarları ilə birlikdə yenilikçi gözəllik trendlərini bir araya gətirir. 1999 -cu ildən bəri, Sephora, hər kəsin zaman və məkandan asılı olmayaraq Sephora dünyasına daxil ola bilməsi üçün 10 fərqli dildə istifadə edilə bilən 17 onlayn satış saytının portalı ilə onlayn olaraq istehlakçılarına xidmət göstərməkdədir. Beləliklə rahatlıqla Sephoradan Azərbaycana kosmetika sifariş edə bilərsiniz. 

 

  1. Gratis

Türkiyənin ən geniş mağaza şəbəkəsinə sahib olan və şəxsi qulluq sektorunda lider olan Gratis, 2009 -cu ildə İstanbulda qurulmuş bir markadır. Yalnız Gratis mağazalarında mövcud olan bir çox markanın məhsullarının və idxal olunan markaların olduğu Gratis makiyaj məhsullarından körpə baxımına, təmizlikdən və gigiyenadan çərəzlərə qədər 13 fərqli kateqoriyada 30.000-dən çox məhsulu bir araya gətirən Türkiyənin 1 nömrəli şəxsi baxım mağazasıdır.

  1. Watson

Watson 1841-ci ildə Hong-Kong -da qurulun bir sağlamlıq və kosmetika məhsulları satışı həyata keçirən mağazalar zinciridir. Watson müştərilərinə əsasən sağlamlıq gündəlik yaşam və gözəllik məhsulları təqdim edən  markadır. Beləliklə Watsondan istənilən məhsulun Azərbaycana sifarişi olduqca rahatdır. 

  1. Flormar

İncəsənətin və modanın paytaxtı İtaliyanın Milan şəhərində qurulan Flormar, 1970 -ci ildə Avropa ilə Asiyanı birləşdirən İstanbula köçdü. Dünyanın ən dinamik makiyaj markalarından biri olan bu bənzərsiz şəhərin sonsuz enerjisindən ilham alan Flormar, 110 ölkədə 40 min satış nöqtəsinə çatdı. Rəng elmini makiyaj sənəti ilə qarışdıraraq özünü yenilikçi məhsullar inkişaf etdirməyə həsr edən marka, Türkiyənin ən yaxşı 500 ixracatçısı arasındadır.

Sifariş qaydası

Türkiyədən kosmetika sifarişi olduqca rahat və sərfəlidir. Bunun üçün sadəcə Vadi.az satında qeydiyyatdan keçib Türkiyədə ünvan əldə etməyiniz kifayətdir. Daha sonra isədiyiniz məhsulları seçib çatdırılma ünvanı olaraq Vadi.az Türkiyə ünvanını qeyd edirsiniz. Biz isə öz növbəmizdə sizin məhsulları etibarlı və sürətli bir şəkildə çatdırırıq.

 

Oxşar xəbərlər