"Ailə hesabı" funksiyası aktivləşdirildi!

28.01.2022

"Ailə hesabı" funksiyası aktivləşdirildi!

Ailənizin neçə üzvü Vadi müştərisidir?☺️Əgər ailənizin bir neçə üzvü xidmətimizdən istifadə edirsə sizə şad xəbərimiz var!

Vadi.az saytında "Ailə hesabı" funksiyası aktivləşdirildi! 


"Ailə hesabı" nədir və nə üçün istifadə edilir?

◽Vadi.az saytına daxil olduqdan sonra "Ailə hesabı" bölməsinə keçid edirsiniz.
◽“Əlavə et” düyməsindən istifadə edərək ailənizə əlavə etmək istədiyiniz hesabın müştəri kodunu və əlaqə nömrəsini qeyd edirsiniz.(Əlaqə nömrəsi həmin müştəri kodlu hesabda qeyd olunan nömrə ilə eyni olmalıdır.)
◽Məlumatları daxil etdikdən sonra əlaqə nömrəsinə təsdiq kodu göndəriləcək.
Təsdiq kodunu müvafiq xanaya daxil edib təsdiqlədikdən sonra həmin hesab artıq ailə hesabınıza əlavə olunacaq. Ailə hesabınıza 1-dən çox şəxs əlavə edə bilərsiniz.
◽Öz hesabınıza başqa hesabları ailə hesabı olaraq əlavə etdiyiniz təqdirdə “ana hesab” siz sayılırsınız.
◽Siz “ana hesab” olaraq kuryer sifarişi yaradan zaman digər hesabdakı bağlamaları da seçərək sadəcə bir kuryer sifarişi və ödənişi edərək bağlamaları rahatlıqla təhvil ala bilirsiniz.

⚠️QEYD: Sadəcə "ana hesab" digər hesabların bağlamalarını görə bilər, digər hesablardan ailə kuryer sifarişi yaradılması mümkün deyil.

Oxşar xəbərlər