VADI.AZ ilə xaricdən alış-veriş: 24 ayadək taksit imkanından Yararlan !

11.11.2026
VADI.AZ ilə xaricdən alış-veriş: 24 ayadək taksit imkanından Yararlan !

VADI.AZ ilə xaricdən alış-veriş: 24 ayadək taksit imkanı

Xarici onlayn mağazalardan alış-veriş etmək istəyirsiniz, amma ödənişi daha rahat şəkildə həyata keçirməyə üstünlük verirsiniz?  VADI.AZ   ilə məhsul sifariş edə, “Sifariş et” xidmətindən yararlana və uyğun kartlarla 24 ayadək taksit imkanını dəyərləndirə bilərsiniz.

24 ayadək taksitlə daha rahat alış-veriş

VADI.AZ-ın “Sifariş et” xidməti vasitəsilə bəyəndiyiniz məhsulun linkini bizə göndərin. Sifarişinizi sizin əvəzinizə həyata keçirək!  

Ödəniş zamanı BirKart, TamKart və BolKart vasitəsilə taksit imkanından yararlana bilərsiniz. Taksit müddəti və şərtləri istifadə etdiyiniz kartdan, bankın qaydalarından və alış-verişin şərtlərindən asılıdır.

VADI.AZ ilə alış-verişin üstünlükləri

???? 24 ayadək taksit imkanı

Uyğun kartlarla sifarişlərinizin ödənişini taksitlə həyata keçirmək imkanından yararlanın. Tətbiq olunan müddət və şərtləri ödənişdən əvvəl yoxlayın.

????️ “Sifariş et” xidməti

İstədiyiniz məhsulun linkini şəxsi kabinetinizdəki “Sifariş et” bölməsinə yerləşdirin. Məhsul haqqında tələb olunan məlumatları daxil edin və sifarişinizi tamamlayın. VADI.AZ sizin əvəzinizə alış-verişi həyata keçirəcək.

Qeyd: “Sifariş et” xidməti üzrə 5% komissiya haqqı nəzərdə tutulur. Məhsulun qiyməti, sifariş ölkəsindəki daxili çatdırılma xərci və komissiya nəzərə alınmaqla yekun məbləğ hesablanır. Digər mümkün ödənişlər sifarişin şərtlərindən asılıdır.

???? Rahat təhvil imkanları

Bağlamanızı VADI.AZ-ın mövcud filial və təhvil məntəqələrindən əldə edə bilərsiniz. Bakı ərazisində kuryer çatdırılması imkanından da yararlanmaq mümkündür.

???? Çatdırılma seçimləri

Bağlamanızı uyğun təhvil məntəqəsindən əldə edin və ya mövcud olduğu ərazilərdə kuryer xidmətini seçin.

Türkiyə, ABŞ və İspaniyadan çatdırılma

VADI.AZ Türkiyə, ABŞ və İspaniyadakı anbarları vasitəsilə sifarişlərinizi Azərbaycana çatdırır.

  • Türkiyə: bağlamalar Smart Customs sistemində bəyan edildikdən sonra xarici anbardan yerli anbara çatdırılma müddəti, gömrük yoxlanışı istisna olmaqla, 2-3 iş günüdür.
  • ABŞ: bağlamalar bəyan edildikdən sonra xarici anbardan yerli anbara çatdırılma təxminən 3-7 iş günü çəkir.
  • İspaniya: göndərişlər həftədə bir dəfə həyata keçirilir. Uçuşdan sonra bağlamanızı təxminən 3-7 iş günü ərzində yerli anbardan əldə edə bilərsiniz.

Qeyd olunan müddətlərə gömrük yoxlanışı, rəsmi bayram və qeyri-iş günləri təsir edə bilər. Mağazanın sifarişi xarici anbara çatdırma müddəti isə satıcıdan asılıdır.

“Sifariş et” xidmətindən necə istifadə etməli?

  1. VADI.AZ saytında qeydiyyatdan keçin və şəxsi kabinetinizə daxil olun.
  2. “Sifariş et” bölməsini açın.
  3. Almaq istədiyiniz məhsulun linkini və tələb olunan məlumatları daxil edin.
  4. Sistem tərəfindən hesablanan məbləği və sifariş şərtlərini yoxlayın.
  5. Ödənişi tamamlayın. VADI.AZ sifarişinizi sizin əvəzinizə həyata keçirəcək.

Xidmətin komissiyası və digər şərtlərlə tanış olmaq üçün Daşınma şərtləri səhifəsinə baxın.

Kartlar və onların şərtləri haqqında ətraflı məlumat üçün BirKart, TamKart və BolKart səhifələrinə baxın.

 

Xaricdən alış-verişə indi başlayın!

VADI.AZ ilə Türkiyə onlayn mağazalardan alış-veriş edin, “Sifariş et” xidmətindən yararlanın və uyğun kartlarla 24 ayadək taksit imkanını dəyərləndirin.

VADI.AZ-da qeydiyyatdan keçin və məhsul sifariş edin!

 

 

Oxşar xəbərlər

-->