Wolt ilə əməkdaşlığa başladıq. Wolt ilə sifariş qaydası.

15.01.2024

Wolt ilə əməkdaşlığa başladıq. Wolt ilə sifariş qaydası.

Wolt ilə əməkdaşlığa başladıq. Wolt ilə sifariş qaydası.

 

Wolt ilə əməkdaşlığın üstünlükləri

 

Hörmətli müştərilər nəzərinizə çatdırmaq istəyirik ki Vadi.az olaraq artıq Wolt şirkəti ilə əməkdaşlığa başladıq. Bunun nəticəsində müştərilərimiz Türkiyədən Azərbaycana çatdırılmış və ofislərimizdə rəfə əlavə edilmiş bağlamlarını daha sürətli şəkildə ünvanlarına sifariş etmək şansı əldə edəcəklər. 


 

Wolt ilə Vadi bağlamalarının sifariş qaydası izahı.

 

Wolt ile Vadi bağlamalarınıza kuryer sifarişi yaratmaq üçün ilk olaraq Vadi.az saytındakı hesabınıza daxil olursunuz. Daha sonra ekranın solundakı Wolt Ekpress Çatdırılma xanasına klik edirsiniz. Açılan səhifədə sifariş et-ə keçid edirsiniz.  Daha sonra açılan xanalara düzgün şəkildə məlumatlarınızı daxil etməlisiniz. Məlumatlar aşağıdakı kimi daxil edilməlidir : 

  1. Bağlamanız olan filial seçimi

  2. Bağlamaların seçimi

  3. Ad və soyad

  4. Telefon nömrəsi

  5. Çatdırılma vaxtı

  6. Çatdırılma ünvanı (xəritə üzrə)

  7. Qeyd

wolt sifaris qaydasi

wolt sifarişi

Bu məlumatlar doldurulduqdan sonra çatdırılma ödənişi qeyd ediləcək və təsdiqləyə klik edərək sifarişi tamamlaya biləcəksiniz. 

 

Wolt ilə kuryer sifarişi zamanı ödəniləcək məbləq.

 

Wolt ilə kuryer sifarişi zamanı çatdırılma ödənişi bağlamalarınız olan Vadi filialından çatdırılma üçün seçdiyinizi ünvan arasındakı məsafəyə əsasən müəyyən edilir. 

 

Hansı filiallardan Wolt sifarişi verilə bilər?

 

Vadi.az-ın aşaığıda qeyd edilən filaillarından Wolt sifarişi həyata keçirmək mümkündür:

  1. Nizami

  2. Xalqlar- Əhmədli

  3. Bakıxanov

  4. 28 May

  5. İnşaatçılar

  6. Memar Əcəmi

  7. Xırdalan

  8. Sumqayıt

 

Vadi.az ilə Sürətli Çatdırılma

 

Beləliklə Vadi.az müştəriləri xarici online mağazalardan sifarişlərin ünvanlarına daha sürətli şəkildə çatdırılması şansı əldə edir. Qeyd edək ki Wolt ilə daha sürətli çatdırılma xidmətimiz bazar günləri aktiv deyildir. Vadi müştəriləri Türkiyədən hər gün gələn reyslərlə həm ofislərimizdən daha sürətli şəkildə bağlamalarını təhvil ala bilərlər həmçinin Wolt ilə əməkdaşlığımız nəticəsində sürətli kuryer xidmətindən də istifadə edə bilirlər. 

 

Xoş Sifarişlər. 

Oxşar xəbərlər